U-15 millimiz Malta yığmasına da uduzdu

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-15) Maltada təşkil edilmiş UEFA İnkişaf Turnirində növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, komandamız bu turnirdəki ikinci sınağında meydan sahibi Malta yığması ilə qarşılaşıb.

Millimiz bu rəqibinə 0:1 hesabı ilə məğlub olub.

Xatırladaq ki, U-15 millimiz turnirdəki ilk oyununda Latviya yığmasına da 0:3 hesabıyla uduzmuşdu. Komandamız sonuncu qarşılaşmasını oktyabrın 26-da Litva yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 15:30-da “Sentinari” stadionunda təşkil olunacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: