Mahir Emreli 82 dəqiqə oynadı, “Rakuv” 1/8 finala yüksəldi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Rakuv” komandasının heyətində növbəti çempionat oyununa çıxıb.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu Polşa Kubokunun 2026/2027-ci illər mövsümünün 1/16 final mərhələsi çərçivəsində “Motor”la görüşün iştirakçısı olub.

Mahirin komandası bu rəqiblə səfərdə qarşılaşıb. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında “Rakuv” 3:1 hesabı ilə üstün olub və 1/8 finala yüksəlib.

Mahir Emreli matça start heyətində başlayıb və 82-ci dəqiqədə əvəzlənib.

Xatırladaq ki, “Rakuv” Mahiri bu yay Almaniyanın “Kayzerslautern” klubundan satınalma şərti ilə bir mövsümlük icarəyə götürüb. Emreli Polşa klubunun heyətində 19 oyuna çıxıb, 6 qola imza atıb, 1 məhsuldar ötürmə verib.

Mahir Emreli “Kayzerslautern”lə 2025-ci ilin yayında 3 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu ötən mövsüm bu komandanın heyətində 13 oyuna çıxıb, 2 qola imza atıb.

Mahir daha öncə Almaniyanın digər klubu “Nürnberq”də də forma geyinib. Azərbaycanlı futbolçu sözügedən komandanın heyətində 25 rəsmi matça çıxıb, 11 qol vurub, 1 assistlə yadda qalıb.

Emreli üçün Polşa çempionatı da tanış liqadır. Belə ki, o, vaxtilə bu ölkənin “Legiya” (Varşava) komandasında çıxış edib, burada 33 oyuna 11 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

“Bakı”nın yetirməsi olan Emreli karyerası ərzində “Qarabağ”, “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 65 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: