London “Arsenal”ının və Almaniya milli komandasının hücumçusu Kay Haverts futbol üzrə İngiltərə Premyer Liqasının tarixinə düşüb.
Arena.az xəbər verir ki, almaniyalı futbolçu noyabrın 1-də “Liverpul”la keçirilən 9-cu tur matçının 16-cı dəqiqəsində hesabı açıb.
Bu, Havertsin Premyer Liqadakı 46-cı qolu olub. Bununla da 27 yaşlı hücumçu İngiltərə Premyer Liqasında ən çox qol vurmuş alman futbolçu adına sahib çıxıb. O, 45 qolla bu rekordun əvvəlki sahibi olan İlkay Gündoğanı geridə qoyub.
Qeyd edək ki, Haverts “Arsenal”dan əvvəl İngiltərədə “Çelsi”nin də formasını geyinib.
Kay Haverts “Arsenal”a 2023-cü ilin iyulunda 75 milyon avro məbləğ müqabilində məhz “Çelsi”dən keçib. Alman futbolçunun “topçular”la müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövümündə Haverts “Arsenal”ın heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
Havertsin “topçular” üçün çıxışının ümumi mənzərəsi 125 oyun, 40 qol və 19 məhsuldar ötürmədən ibarətdir.
Alman futbolçu “topçular”la İngiltərə Super Kubokunun 2023/2024-cü illər mövsümünün qalibi olub, həmçinin İngiltərə çempionluğunu (2025/2026) qazanıb.
Kay Haverts 2018-ci ilin sentyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 63 oyuna 25 qol, 18 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 27 yaşlı alman hücumçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.


