Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2027-ci illər mövsümünün Liqa mərhələsində 4-cü tura start veriləcək.
Arena.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.
Türkiyə çempionu “Qalatasaray” doğma meydanda Almaniya təmsilçisi “Ştutqart”la üz-üzə gələcək.
Azərbaycan çempionu “Sabah”ın ÇL-dəki növbəti rəqiblərindən olan “Barselona” İspaniyada “Aston Villa”nı qəbul edəcəksə, “Vilyarreal” PSJ ilə qarşılaşacaq.
Xatırladaq ki, Çempionlar Liqasının Liqa mərhələsində 4-cü turun qalan oyunları noyabrın 4-də keçiriləcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur
3 noyabr
21:45. Şaxtyor (Ukrayna) – Sportinq (Portuqaliya)
21:45. Qalatasaray (Türkiyə) – Ştutqart (Almaniya)
00:00. Barselona (İspaniya) – Aston Villa (İngiltərə)
00:00. Atletiko (İspaniya) – Bayern (Almaniya)
00:00. Mançester Yunayted (İngiltərə) – Roma (İtaliya)
00:00. Feyenoord (Niderland) – İnter (İtaliya)
00:00. Bodo Qlimt (Norveç) – Lill (Fransa)
00:00. Vilyarreal (İspaniya) – PSJ (Fransa)
00:00. LASK (Avstriya) – Slovan (Slovakiya)


