“Araz-Naxçıvan” üçün 40-cı heç-heçə

Premyer Liqanın cari mövsümünə uğursuz başlamış “Araz-Naxçıvan” Azərbaycan çempionatlarının yüksək dəstəsində 40-cı heç-heçəsini edib.

Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 10-cu turunda gerçəkləşib.

Muxtar Respublika təmsilçisi öz meydanında “Zirə” ilə sülhə imza atıb – 2:2.

“Araz-Naxçıvan” Premyer Liqada keçirdiyi 157-ci matçında “40”a çatıb. Heç-heçələrdən 23-ü evdə, 17-si səfərdə qeydə alınıb. Naxçıvan təmsilçisi turnirin tarixində ən azı 40 görüşdə bir xal əldə edən 21-ci komandadır.

Xatırladaq ki, sözügedən komanda cari mövsümdə keçirdiyi 10 oyunda hələ də qələbə qazana bilməyib. 3 heç-heçəsi olan kollektiv qalan 7 görüşdə də məğlubiyyətə üzülüb. 3 xala malik Naxçıvan təmsilçisi Premyer Liqanın aşkar autsayderidir – 12 komanda arasında sonuncu pillə!

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: