AFFA “Qarabağ”ı 4500 manat cərimə etdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 10-cu turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Premyer Liqa, 10-cu tur

“Turan Tovuz” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə Tovuz komandası 2500 manat cərimə edilib. “Sabah”da 5 nəfər sarı vərəqə aldığı üçün paytaxt klubu 700 manat cərimə edilib.

“Qəbələ” – “Qarabağ” oyununda “Zona 1” ərazisində kənar şəxslər olduğuna görə “Qəbələ” 1000 manat cərimə edilib. “Qarabağ”ın 9 nömrəli futbolçusu Zəkəriyyə Savonun formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyinə görə Ağdam klubu 1500 manat cərimə edilib. Oyun bitdikdən sonra “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam komandası 3000 manat cərimə ödəyəcək.

“Şamaxı” – “Neftçi” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” 2500 manat cərimə edilib. “Neftçi”nin fotoqrafı tərəfindən Əsasnamənin tələbləri pozulduğuna görə paytaxt klubu 500 manat cərimə edilib.

“Sumqayıt” – “Şəfa” oyununda “Şəfa”da 5 nəfər sarı vərəqə aldığı üçün paytaxt klubu 700 manat cərimə ödəyəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: