Elçin Məsiyev “Anderlext” – “Zalsburq” matçına təyinat aldı

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev Avropa Liqasının 2026/2027-ci illər mövsümünün Liqa mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Elçin Məsiyev Avroliqanın Liqa mərhələsinin 4-cü turunda keçiriləcək “Anderlext” (Belçika) – “Zalsburq” (Avstriya) matçının baş hakimi olacaq.

Noyabrın 5-də Brüsseldəki “RSC Anderlecht Stadium”da təşkil olunacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Cavid Cəlilov dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimi Maykl Solsberi (İngiltərə), onun köməkçisi isə Nicat İsmayıllı olacaq.

Qeyde dək ki, üç turdan sonra “Zalsburq” 4 xalla 21-ci, “Anderlext” isə 3 xalla 22-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: