Əvəzedicilər Liqası: “Sabah” – “Qarabağ” oyunu təxirə salındı

Əvəzedicilər Liqasının 2026/2027-ci illər mövsümünün 9-cu turunun 8 noyabrda keçirilməli olan “Sabah” – “Qarabağ” oyunu təxirə salınıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə vurğulanır ki, Azərbaycan U-19 milli komandasının Avropa çempionatının elit raunduna daha yaxşı hazırlaşması məqsədilə AFFA-nın müraciəti, klubların razılığı, Peşəkar Futbol Liqasının qərarı ilə Əvəzedicilər Liqasının 9-cu turunun 8 noyabrda baş tutmalı olan “Sabah” – “Qarabağ” oyunu təxirə salınıb.

Görüşün tarixi ilə bağlı əlavə məlumatlar veriləcək.

“Sabah-2” – “Qarabağ-2”
Hakimlər: Murad Səlimov, Sənan Atayev, Zakir Şükürzadə, İlqar Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Masazır Arena” (ehtiyat meydança), 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: