Azərbaycan – Çexiya matçını italiyalı hakimlər idarə edəcək

Futzal üzrə dünya çempionatının (DÇ-2028) əsas mərhələsinin Azərbaycan – Çexiya matçını İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Arena.az xəbər verir ki, 12-ci qrupun qarşılaşmasında baş hakim Kiara Perona olacaq.

Ona Martina Pikkolo və Simone Zanfino kömək edəcəklər. Matçın “timekeeper”i İmran Məhərrəmov, hakim-inspektoru niderlandlı Viktor van Helvoirt, UEFA nümayəndəsi isə belaruslu Andrey Medvedev olacaq.

Azərbaycan – Çexiya görüşü noyabrın 5-də Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək. Qarşılaşmaya saat 16:00-da start veriləcək.

DÇ-2028-in əsas mərhələsi
12-ci qrup

5 noyabr

Azərbaycan – Çexiya
Hakimlər: Kiara Perona, Martina Pikkolo, Simone Zanfino (hamısı İtaliya).
Timekeeper: İmran Məhərrəmov (Azərbaycan).
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland).
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus).
Lənkəran Olimpiya İdman Kompleksi. Saat 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: