Rəhim Həsənov Elçin Məsiyevin Gəncədə səhv etdiyini açıqladı

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 10-cu turundakı mübahisəli epizodlara şərh verib.

Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 10-cu turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla da bağlı fikirlərini bildirib.

Rəhim Həsənov 4 oyunda qeydə alınmış mübahisəli epizodlara şərh verib. O, “Turan Tovuz” – “Sabah”, “Şamaxı” – “Neftçi”, “Kəpəz” – “İmişli” və “Sumqayıt” – “Şəfa” görüşlərindəki epizodları dəyərləndirib. Komitə sədri “Kəpəz” – “İmşli” matçının (1:0) baş kakimi, FİFA referisi Elçin Məsiyevin 34-cü dəqiqədə “İmişli”nin qol vurduğu epizod zamanı bir epizodda səhvə yol verdiyini bildirib. Həsənovun fikrincə, referinin həmin vaxt “Kəpəz”in lehinə verdiyi cərimə zərbəsi zamanı qayda pozuntusu olmayıb.

AFFA Hakimlər Komitəsinin sədrinin Premyer Liqanın son oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: