Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 7-ci turuna start verilməli idi.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüşün keçirilməsi nəzərdə tutulmuşdu.
Turun açılış oyununda “Mingəçevir” doğma meydanda “Şahdağ Qusar”la qarşıllaşmalı idi. Amma Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçirilməsi nəzərdə tutulmuş və saat 15:00-da başlamalı olan oyun baş tutmayıb. Buna meydan sahiblərinin meydana çıxmaması səbəb olub. Qonaq komanda nəzərdə tutulmuş vaxtda meydana çıxsa da, rəqib olmadığından qarşılaşma keçirilməyib. Böyük ehtimalla, AFFA İntizam Komitəsi qarşıdakı günlərdə bu oyuna görə “Mingəçevir”ə texniki məğlubiyyət verəcək.
Qeyd edək ki, “Mingəçevir”in meydana çıxmamasına komanda üzvlərinin cari mövsüm maaş üzünə həsrət qalması səbəb göstərilir. Klubun ötən ildən 200 min manatdan artıq borcu var ki, bu səbəbdən dövlət dotasiyası da hesaba köçürülmür. Bir sözlə, şəhərlilərin gələcəyi qeyri-müəyyəndir. Əyalət klubun ümumiyyətlə fəaliyyətini dayandırması da istisna edilmir.
7-ci turun qalan qarşılaşmaları noyabrın 5-də keçiriləcək.
Birinci Liqa
7-ci tur
4 noyabr
“Mingəçevir” – “Şahdağ Qusar”
Hakimlər: Şamil İmanzadə, Anar Bədəlov, Qəzənfər Məmmədov, Maqsud Şamıyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança). 15:00.
5 noyabr
“Baku Sportinq” – “Xankəndi”
Hakimlər: Niyaz Əhmədov, Rasim Axundov, Samir Qaracayev, Kamran Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Baku Sportinq Arena”. 15:00.
“Karvan” – “Şimal”
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Rəşad Quliyev, Nazim Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Yevlax şəhər stadionu. 15:00.
“Zaqatala” – MOİK
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namiq Bəkirov
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. 15:00.
“Səbail” – “Gəncəbasar”
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Elmin Süleymanov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Masazır Arena”. 15:00.


