“Sabah” və “Qarabağ” klublarının U-19 komandaları bu gün UEFA Gənclər Liqasının 2026/27 mövsümündə növbəti oyunlarına çıxıblar.
Arena.az xəbər verir ki, “Sabah” UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda Norveç təmsilçisi “Vikinq”in müvafiq yaş qrupundan ibarət kollektivinin qonağı olub.
“Sandnes Ulf Arena”da təşkil edilmiş oyun Azərbaycan təmsilçisi üçün uğursuz alınıb. Meydan sahibləri bu görüşdə darmadağına seviniblər – 5:0.
Xatırladaq ki, “bayquşlar” daha əvvəl Dortmund “Borussiya”sına (0:2), Çexiyanın “Slaviya” (0:3) və İngiltərənin “Mançester Yunayted” (0:5) kollektivlərinə də məğlub olmuşdu. Azərbaycan təmsilçisi hazırda 0 xalla sonuncu – 36-cı pillədə qərarlaşıb.
“Qarabağ” isə UEFA Gənclər Liqasının Çempionlar Yolunun 2-ci təsnifat mərhələsinin cavab görüşündə Xorvatiyada Zaqreb “Dinamo”sunun qonağı olub. Bakıdakı ilk qarşılaşmada Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv bu rəqibinə 1:2 hesabıyla məğlub olmuşdu. Cavab görüşü isə daha biabırçı məğlubiyyətlə yekunlaşıb – 0:7. Beləliklə, Ağdam təmsilçisi mübarizəni erkən dayandırmalı olub.


