Lamin Yamal Kilian Mbappenin ÇL rekordunu yenilədi

“Barselona”nın hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqasında 20 yaşına çatmamış futbolçular arasında qol rekordunun yeni sahibi olub.

Arena.az xəbər verir ki, 19 yaşlı ispaniyalı futbolçu əsas mərhələnin “Aston Villa” ilə ev oyununda 7-ci dəqiqədə fərqlənərək turnirdəki qollarının sayını 14-ə çatdırıb.

Beləliklə, Yamal bu göstəricidə Kilian Mbappeni geridə qoyub. Fransa millisinin hücumçusu 20 yaşına qədər UEFA Çempionlar Liqasında 23 oyunda 13 qol vurmuşdu. Yamal isə turnirdə keçirdiyi 37 matçda 14 dəfə rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lamin Yamal komanda ilə üç dəfə İspaniya çempionu, iki dəfə ölkə Super Kubokunun, bir dəfə isə İspaniya Kubokunun qalibi olub. O, İspaniya millisinin heyətində 2024-cü ildə Avropa çempionatını, 2026-cı ildə dünya çempionatını qazanıb. Hücumçu 2025-ci ildə də UEFA Millətlər Liqasının finalına yüksəlib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: