Portuqaliyalı mütəxəssis Paulo Fonseka Lion “Olimpik”indən ayrılaraq Lissabonun “Sportinq” komandasının yeni baş məşqçisi olub.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi açıqlama yayıb.
53 yaşlı məşqçi Fransa təmsilçisindən ayrılaraq doğma ölkəsinə qayıdıb. “Sportinq” onun müqaviləsinə vaxtından əvvəl xitam verilməsi üçün Lion “Olimpik”inə 5 milyon avro təzminat ödəyəcək. Fonsekanın yeni müqaviləsinin 2030-cu ilə qədər nəzərdə tutulduğu bildirilir.
Xatırladaq ki, Paulo Fonseka 2025-ci ilin yanvarından Lion “Olimpik”inə rəhbərlik edirdi. Onun başçılığı altında komanda 83 oyunda 47 qələbə qazanıb, 12 dəfə heç-heçə edib və 24 dəfə məğlub olub. Hazırda Fransa çempionatında üçüncü yerdə olan Lion “Olimpik”ində müvəqqəti baş məşqçi vəzifəsini Xorxe Masiel icra edəcək.
Qeyd edək ki, Fonseka daha əvvəl “Portu”, “Şaxtyor”, “Roma”, “Lill” və “Milan”da çalışıb.


