ÇL: “Fənərbağça” “Liverpul”a, MS “Leypsiq”ə qalib gəldi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2026/2026-cı illər mövsümünün Liqa mərhələsinin 4-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 9 qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Sabah” səfərdə Norveçin “Vikinq” komandasının qonağı olub. “Bayquşlar” ÇL-də ilk səfər qələbəsini rəsmiləşdirməyə çalışsa da, hesabı açdığı görüşün yekununda darmadağına üzülüb.

Türkiyənin “Fənərbağça” komandası evdə İngiltərə nəhəngi “Liverpul”la üz-üzə gəlib. İstanbul təmsilçisi bu görüşdən əzmkar qələbə ilə ayrılıb.

Dortmund “Borussiya”sı Almaniyada İspaniyanın “Betis” komandasına, İngiltərə çempionu “Arsenal” Çexiyada “Slaviya”ya, “Mançester Siti” Almaniyada “Leypsiq”ə, Madrid “Real”ı isə Yunanıstanda AEK-ə qalib gəlib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur

4 noyabr

Fənərbağça (Türkiyə) – Liverpul (İngiltərə) 3:2
AEK (Yunanıstan) – Real (İspaniya) 2:3
Borussiya (Dortmund, Almaniya) – Betis (İspaniya) 2:1
Portu (Portuqaliya) – Napoli (İtaliya) 4:1
PSV (Niderland) – Brügge (Belçika) 1:2
Leypsiq (Almaniya) – Mançester Siti (İngiltərə) 2:3
Slaviya (Çexiya) – Arsenal (İngiltərə) 1:2
Lans (Fransa) – Komo (İtaliya) 1:9
Vikinq (Norveç) – Sabah (Azərbaycan) 4:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: