Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”in yarımmüdafiəçisi Viktor Stina Moldova millisinə dəvət alıb.
Arena.az xəbər verir ki, bununla bağlı Gəncə klubuna Moldova Futbol Federasiyasından rəsmi məktub daxil olub.
Sənəddə qeyd edilir ki, Stina UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunlarında iştirak etmək üçün 9-17 noyabr aralığında yığmanın düşərgəsində olmalıdır.
Moldova yığması noyabrın 13-də doğma publika önündə Qazaxısta milli komandasını qəbul edəcək. Bundan 3 gün sonra isə səfərdə Farer adaları yığması ilə oyun baş tutacaq.
UEFA Millətlər Liqasının C divizionunda mübarizə aparan Moldova milli komandası hazırda 4 xalla qrupda 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Viktor Stina Gəncə klubuna bu yay cəlb edilib. O, cari mövsümdə “Kəpəz”in heyətində 9 oyuna çıxıb, 2 qola imza atıb, 1 məhsuldar ötürmə verib.
Stina Moldova yığma komandasının heyətində 34 oyun keçirib, 4 qola imza atıb, 3 məhsuldar ötürmə müəllifi olub.


