Bu gün futbol üzrə Avropa Konfrans Liqasında (Avroliqa) 2026/2027-ci illər mövsümünün Liqa mərhələsinin 3-cü turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni günə təsadüf edib.
Türkiyə təmsilçisi “Trabzonspor” doğma meydanda Almaniyanın “Frayburq” komandasını sınağa çəkib və minimal hesabla məğlub olub.
Azərbaycanlı müdafiəçi Zamiq Əliyevin forma geyindiyi Albaniyanın “Eqnatiya” komandası səfərdə Rumıniya təmsilçisi “Universitatya” (Krayova) ilə üz-üzə gəlib və 2 cavabsız qolla uduzub. Zamiq bu görüşün 61-ci dəqiqəsində, bütün qollar vurulduqdan sonra meydana buraxılıb.
Murad Məmmədovun formasını geyindiyi Kipr “Pafos”u isə səfərdə Niderland təmsilçisi “Tvente” ilə qarşılaşıb və məğlub olub. Azərbaycanlı futbolçu bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Qeyd edək ki, Avropa Konfrans Liqasında Liqa mərhələsinin 4-cü turunun oyunları noyabrın 26-da keçiriləcək.
Avropa Konfrans Liqası
Liqa mərhələsi, 3-cü tur
3 noyabr
Orhus (Danimarka) – Braqa (Portuqaliya) 0:0
Atalanta (İtaliya) – Kayrat (Qazaxıstan) 1:1
Srvena Zvezda (Serbiya) – İnter Eskaldes (Andorra) 2:1
KuPS (Finlandiya) – Gent (Belçika) 0:0
Linkoln (Cəbəllüttariq) – Hayduk (Xorvatiya) 1:0
Midtyulland (Danimarka) – Ayaks (Niderland) 1:6
Myalbü (İsveç) – Borats (Bosniya və Herseqovina) 2:0
Tun (İsveçrə) – Harts (Şotlandiya) 3:1
Trabzonspor (Türkiyə) – Frayburq (Almaniya) 0:1
Kopenhagen (Danimarka) – İberiya (Gürcüstan) 2:1
Xetafe (İspaniya) – Brayton (İngiltərə) 0:1
Luqano (İsveçrə) – Kauno Jalgiris (Litva) 3:0
Monako (Fransa) – Nordsyelland (Danimarka) 2:0
Panatinaikos (Yunanıstan) – ÇSKA (Sofiya, Bolqarıstan) 2:1
Riqa (Latviya) – Yablonets (Çexiya) 1:1
Sent Trüden (Belçika) – Brann (Norveç) 1:1
Tvente (Niderland) – Pafos (Kipr) 3:1
Universitatya (Krayova, Rumıniya) – Eqnatiya (Albaniya) 2:0


