Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov qarşıdakı Lixtenşteyn və Andorra ilə oyunlar üçün heyəti açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.
Millimiz noyabrın 13-də UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində səfərdə Lixtenşteyn yığması ilə qarşılaşacaq. Noyabrın 16-da isə Andorra millisi ilə yoxlama oyunu baş tutacaq. Ayxan Abbasov bu iki oyun üçün milliyə 27 futbolçu cəlb edib. Onların arasında Lorenso Mezzotero, Eşqin Əhmədov və Nihad Əhmədzadə, Oruc Məmmədov kimi gənc futbolçular da var.
Heyəti nəzərinizə çatdırırıq:
- Şahruddin Məhəmmədəliyev – Qarabağ
- Aydın Bayramov – Zirə
- Emil Balayev – Neftçi
- Bədavi Hüseynov – Qarabağ
- Elvin Bədəlov – Neftçi
- Anton Krivotsyuk – Daejeon (Cənubi Koreya)
- Rahil Məmmədov – Turan Tovuz
- Rəhman Daşdəmirov – Sabah
- Rüfət Abbasov – Neftçi
- Toral Bayramov – Bursaspor (Türkiyə)
- Eşqin Əhmədov – Qəbələ
- Tellur Mütəllimov – Sabah
- Qismət Alıyev – Zirə
- Oruc Məmmədov – Şamaxı
- Fərid Yusifli – Şəfa
- Rüfət Abdullazadə – Hapoel Kiryat Şimona (İsrail)
- Namiq Ələsgərov – Kəpəz
- Murad Məmmədov – Pafos (Yunanıstan)
- Abdulla Xaybullayev – Sabah
- Aleksey İsayev – Sabah
- Xəyal Əliyev – Sabah
- Emil Mustafayev – Sumqayıt
- Emin Mahmudov – Neftçi
- Nihat Əhmədzadə – Sumqayıt
- Mahir Emreli – Rakuv (Polşa)
- Musa Qurbanlı – Qarabağ
- Lorenso Mezzotero – Sampdoriya (İtaliya)


