AFFA “Mingəçevir”ə texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 7-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Birinci Liqa, 7-ci tur

“Mingəçevir” – “Şahdağ Qusar” oyunu “Mingəçevir”in görüşə gəlməməsi səbəbindən baş tutmadığına görə sözügedən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. “Mingəçevir” buna görə 3000 manat cərimə edilib.

“Baku Sportinq” – “Xankəndi” oyununda “Xankəndi”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 210 manat cərimə ödəyəcək.

“Zaqatala” – MOİK oyununda xərəkdaşıyanlar olmadığına görə “Zaqatala” komandası 600 manat cərimə edilib.

“Səbail” – “Gəncəbasar” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Səbail” klubu 300 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: