Futzal üzrə Azərbaycan milli komandası bu gün dünya çempionatının (DÇ-2028) əsas mərhələsi çərçivəsində növbəti matçını keçirəcək.
Arena.az xəbər verir ki, əsas mərhələnin 12-ci qrupunda yer almış komandamız Latviya yığması ilə qarşılaşacaq.
Bakıda baş tutacaq oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün idarəçiliyi Dino Kramar, Nikola Jeliç və Nina Nakiçə tapşırılıb.
Bakı İdman Sarayında keçiriləcək oyuna saat 20:00-da start veriləcək.
Xatırladaq ki, futzal millimiz daha öncə Çexiyaya səfərdə 1:2 hesabıyla uduzub, evdə 2:2 hesablı heç-heçəyə razılaşıb.
DÇ-2028-in əsas mərhələsi
12-ci qrup
8 noyabr
Azərbaycan – Latviya
Hakimlər: Dino Kramar, Nikola Jeliç, Nina Nakiç (Hakimlər briqadası Xorvatiyadandır).
Timekiper: Hidayət Feyzullayev (Azərbaycan)
Hakim-inspektor: Angelo Qalante (İtaliya).
UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya).
Bakı İdman Sarayı. Saat 20:00.


