Lionel Messi MLS-in bombardiri oldu

ABŞ kubu “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi MLS-in 2026-cı il müntəzəm çempionatında ən yaxşı bombardir olub.

Arena.az xəbər verir ki, “İnter Mayami”nin argentinalı hücumçusu mövsümü 26 qolla başa vurub.

Petar Musa (“Dallas”) 22 qolla ikinci, Sem Sarric (“Nəşvil”) isə 21 qolla üçüncü olub.

Lionel Messi bununla MLS tarixində müntəzəm çempionatın bombardiri adını ardıcıl iki mövsümdə qazanmış ilk futbolçu kimi tarixə düşüb.

Xatırladaq ki, “İnter Mayami” müntəzəm mövsümün son turu çərçivəsində bu gün “Şarlott”la qarşılaşıb. Altı qolluq oyunda qalib müəyyənləşməyib – 3:3. Messi bu görüşdə 90 dəqiqə meydanda olsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“İnter Mayami” pley-offun ilk raundunda “Kolambus Kru” ilə qarşılaşacaq. Görüşlər noyabrın 20-dən başlayacaq. Son MLS çempionu olan Mayami təmsilçisi titulunu qorumağa çalışacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: