Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümündə daha bir oyuna təyinat alıb.
Arena.az bu barədə AFFA-ya istinadən xəbər verir.
Bildirilir ki, o, noyabrın 15-də Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Belarus – Albaniya qarşılaşmasında hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Asim Xudiyev bu görüşdə Xorvatiyadan olan hakimlər briqadasının işinə qiymət verəcək. Matçın baş hakimi İqor Payaç olacaq. Ona yan xətt hakimləri Boyan Zobeniça ilə İvan Mihal kömək edəcəklər. Dördüncü hakim funksiyasını Patrik Pavleşiç yerinə yetirəcək. VAR-da Mario Zebeç, AVAR-da Fran Yoviç fəaliyyət göstərəcək.
Qeyd edək ki, Belarus – Albaniya oyunu noyabrın 15-də Budapeşt şəhərində yerləşən “İllovski Rudolf” stadionunda keçiriləcək. Oyuna saat 21:00-da start veriləcək.


