“Frozinone”nin dayaq yarımmüdafiəçisi Cakomo Kalo İtaliya A Seriyasında 2026-cı ilin oktyabr ayı üzrə ən yaxşı futbolçu seçilib.
Arena.az xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.
29 yaşlı futbolçu mükafat uğrunda mübarizədə “Komo”nun hücumçusu Anastasios Duvikas, “Latsio”nun futbolçusu Qustav İsaksen, “Atalanta”nın hücumçusu Nikola Krstoviç, “Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey və “İnter”in hücumçusu Markus Türamı qabaqlayıb.
Qeyd edək ki, namizədlərin müəyyənləşdirilməsində yalnız statistik göstəricilər deyil, futbolçuların meydandakı mövqeləri, topsuz hərəkətləri, texniki və taktiki qərarları da nəzərə alınıb. Qiymətləndirmə “Hawk-Eye” sistemi vasitəsilə toplanan məlumatlar əsasında “Kama Sport” tərəfindən aparılıb.
Cakomo Kalo üçün bu, A Seriyasında ilk fərdi aylıq mükafatdır. “Frozinone”nin yarımmüdafiəçisi oktyabr ayında A Seriyasında meydana çıxdığı 4 oyunda 3 qola imza atıb.


