Ronaldonun millidən gedişi ilə əlaqədar xüsusi aksiya keçirildi

Portuqaliya milli komandası əfsanəvi hücumçu Kristiano Ronaldonun yığmadakı karyerasını başa vurması münasibətilə xüsusi aksiya keçirib.

Arena.az xəbər verir ki, 41 yaşlı futbolçu noyabrın 5-də Portuqaliya millisində çıxışını başa vurduğunu açıqlayıb.

Ronaldo uzun illər yığmada 7 nömrəli formanı geyinib və bu nömrə ilə milli komandanın simvollarından birinə çevrilib.

Portuqaliya millisinin Danimarka ilə UEFA Millətlər Liqasının oyunundan əvvəl futbolçular meydana 7 nömrəli xüsusi formalarda çıxıblar. Tribunada azarkeşlər “Təşəkkürlər, kapitan!” yazılmış bannerlər açıblar, stadionun elektron tablosunda da Ronaldoya həsr olunmuş mesajlar nümayiş etdirilib.

Bundan başqa, saat 19:00-da azarkeşlər bir dəqiqə ərzində Ronaldonun adını səsləndirərək onu alqışlayıblar.

Portuqaliya Futbol Federasiyası isə Ronaldonun gedişindən sonra 7 nömrəsinin dizaynını dəyişib. Yeni dizaynla bağlı paylaşımda “Yeni 7 nömrənin debüt vaxtıdır. Çünki biri əbədi olacaq” ifadəsi yer alıb.

Qeyd edək ki, Kristiano Ronaldo Portuqaliya ilə Avropa çempionu olub və iki dəfə UEFA Millətlər Liqasını qazanıb. O, həmçinin milli komandalar və Avropa çempionatları tarixində ən çox qol vuran futbolçudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: