Andorra – Azərbaycan: Start heyətlər açıqlandı

Bu gün milli komandalar arasında təşkil edilmiş beynəlxalq yoldaşlıq oyunları çərçivəsində Andorra – Azərbaycan oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz bu rəqibi ilə səfərdə qarşılaşacaq.

Enkampdakı FAF stadionunda keçiriləcək görüşə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Qarşılaşmanı ispaniyalı baş hakim Xose Luis Munuera idarə edəcək.

Qeyd edək ki, bu oyun millinin kapitanı Emin Mahmudov üçün Azərbaycan yığmasında vida matçı olacaq. Təcrübəli yarımmüdafiəçi bu qarşılaşmadan sonra milli karyerasını başa vuracaq.

Bu oyun həm də millimizin 2026-cı ildəki sonuncu oyunudur.

Yoxlama oyunu
16 noyabr

22:00. Andorra – Azərbaycan
Hakimlər: Xose Luis Munuera, Dieqo Barbero, Dieqo Sançes Roxo (hamısı İspaniya), Pedro Qonçalves (Andorra).
Enkamp. “Estadi de la FAF”.

Andorra: 13. Aleks Ruis, 2. Aleks Kornelya, 5. Maks Lyovera (k), 8. Hüqo Ferreyra, 9. Riçard Fernandes Kuko, 11. Albert Rosas, 17. Aron Rodriqo, 18. Ot Remolins, 19. Joel Gilyen, 22. İan Oliveyra, 23. Byel Borra.
Ehtiyat oyunçular: 1. Xosep Qomes, 12. Mark De Kastro, 3. Erik Vales, 4. Kristian Qarsiya, 6. Kiko Pomares, 7. Nil Linares, 10. Gillom Lopes, 14. Xordi Alaes, 15. Moises San Nikolas, 16. Erik de las Heras, 20. Xerard Sola, 21. İker Alvares.
Baş məşqçi: Koldo Alvares.

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Rəhman Daşdəmirov, 4. Rahil Məmmədov, 5. Fərid Yusifli, 8. Emin Mahmudov (k), 9. Musa Qurbanlı, 11. Xəyal Əliyev, 13. Eşqin Əhmədov, 14. Elvin Bədəlov, 17. Tellur Mütəllimov, 24. Murad Məmmədov.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 3. Rüfət Abbasov, 6. Abdulla Xaybullayev, 7. Toral Bayramov, 10. Mahir Emreli, 16. Emil Mustafayev, 18. Oruc Məmmədov, 19. Namiq Ələsgərov, 20. Aleksey İsayev, 21. Qismət Alıyev, 22. Ağadadaş Salyanski, 25. Rüfət Abdullazadə, 26. Nihat Əhmədzadə.
Baş məşqçi: Ayxan Abbasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: