ABL: “Naxçıvan” NTD-ni, “Sumqayıt” “Ordu”nu məğlub etdi

Bu gün keçirilmiş oyunlarla Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümünün 7-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun sonuncu oyun günündə iki qarşılaşma keçirilib.

Bakıda NTD ilə “Naxçıvan” üz-üzə gəlib. Görüş qonaq komandanın böyükhesablı qələbəsi ilə yekunlaşıb.

“Naxçıvan”ın heyətində Oleq Kojenets 23 xal və 13 ribaundla “double-double” edib.

NTD – “Naxçıvan” – 56:84 (14:23, 14:29, 15:21, 13:11)

Sumqayıtda isə yerli komanda “Ordu”nu qəbul edib. “Sumqayıt” rəqibini 123:88 hesabı ilə məğlub edib.

Qalib komandanın heyətində Malik Qrin 27 xalla ən məhsuldar basketbolçu olub.

“Sumqayıt” – “Ordu” – 123:88 (36:23, 31:16, 31:22, 25:27)

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Neftçi”ni 93:78, “Landau Lions” isə “Gəncə”ni 85:62 hesabı ilə məğlub etmişdi.

Beləliklə, 7 turdan sonra ABL-in yarış cədvəlindəki vəziyyət belədir:

  1. “Sabah” – 11 xal
  2. “Naxçıvan” – 11
  3. “Neftçi” – 11
  4. “Sumqayıt” – 10
  5. “Landau Lions” – 9
  6. “Gəncə” – 8
  7. “Ordu” – 8
  8. NTD – 7.
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: