Super Liqa: “Azərreyl” və “Turan”dan qələbə

Kişi və qadın voleybolçuların Azərbaycan çempionatlarında (Super Liqa) bu gün 2026/2027-ci illər mövsümünün növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, kişilər arasında çempionatın 5-ci turunun qarşılaşmasında “Azərreyl” və “Murov” komandaları üz-üzə gəliblər.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilmiş görüş “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Super Liqa, 5-ci tur

“Azərreyl” – “Murov” 3:0 (25:22, 25:20, 25:23)

Bu nəticədən sonra “Azərreyl”in hesabında 9 xal var. Komanda turnir cədvəlində “Ordu” və “Xilasedici” ilə birlikdə liderlər qrupunda yer alır. “Murov” isə 4 xalla dördüncü pillədədir. “Neftçi”nin 2, “Gənclər”in 0 xalı var.

Qadınların çempionatında isə 3-cü turun ilk oyunu keçirilib. Tovuz Olimpiya İdman Kompleksində “Turan” və “Naxçıvan” komandaları qarşılaşıblar. Meydan sahibləri doğma azarkeşləri önündə rəqibinə heç bir setdə qalib gəlmək imkanı verməyib – 3:0.

Super Liqa, 3-cü tur

“Turan” – “Naxçıvan” 3:0 (25:14, 25:18, 25:20)

“Turan” bu qələbə sayəsində xal hesabını 6-ya çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “Naxçıvan” 5 xalla ikinci pillədə qərarlaşıb. “Milli Aviasiya Akademiyası”, “Murov”, “Azərreyl” və “DH Volley”nin hərəsinin 3 xalı var. “Gəncə” 1 xalla yeddinci, UNEC və “Azərmaş Abşeron” isə xalsız sonuncu pillələri bölüşür.

Qadınların yarışında 3-cü turun digər oyunları noyabrın 19, 20 və 21-də keçiriləcək.

19 noyabr

16:00. UNEC – “Azərmaş Abşeron”
UNEC VK-nın idman zalı.

20 noyabr

16:00. “Azərreyl” – “DH Volley”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

21 noyabr

14:00. “Murov” – “Gəncə”
“Murov” VK-nın idman zalı

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: