Azərbaycanın “Landau Lions” basketbol komandası FİBA Avropa Kubokunun 2026/2027-ci illər mövsümündə növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu komanda turnirin G qrupunda 7-ci tur çərçivəsində Slovakiyanın “Prievidza” kollektivini qəbul edib.
Bakı İdman Sarayında keçirilmiş qarşılaşma Azərbaycan təmsilçisinin 93:97 hesablı məğlubiyyəti ilə başa çatıb. Görüşün ilk hissəsində qonaqlar 27:24 hesabı ilə üstün olublar. İkinci periodda meydan sahibləri 27:18 hesablı üstünlük əldə edərək fasiləyə 51:45 öndə yollanıb. Lakin slovaklar son iki periodda yenidən üstünlüyü ələ keçirərək matçı qələbə ilə başa vurublar.
FİBA Avropa Kuboku
G qrupu, 7-ci tur
18 noyabr
“Landau Lions” (Azərbaycan) – “Prievidza” (Slovakiya) 93:97 (24:27, 27:18, 20:25, 22:27)
Azərbaycan klubunda ən məhsuldar basketbolçu 26 xal toplayan Gediminas Orelik olub. Arnas Sakenis 19, Ceyms Freyzer 17, De’Ondre Cekson 13, Edvard Polayt 11, Kervin Uolton isə 7 xalla yadda qalıb.
Bu məğlubiyyətdən sonra “Lions”un hesabında 8 xal var və komanda qrupda sonuncu pillədə qərarlaşıb. Qrupda “Benfika” 12 xalla liderdir. “Bakken Bears”, “Lions de Geneve”, “Denizli Basket” və “Prievidza”nın hərəsinin 10 xalı var.
“Landau Lions” turnirdə daha əvvəl “Lions de Geneve”yə evdə 83:105, səfərdə 77:85, “Prievidza”ya səfərdə 84:108, “Bakken Bears”a səfərdə 88:91 və “Benfika”ya səfərdə 76:97 hesabı ilə məğlub olub. Azərbaycan təmsilçisi yalnız “Denizli Basket” üzərində 94:86 hesablı ev qələbəsi qazanıb.


