Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 10-cu turun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.
Qarşılaşmalar noyabrın 27-də, 28-də və 29-da keçiriləcək. Üç günü əhatə edəcək turun görüşləri aşağıdakı cədvəl üzrə baş tutacaq:
Əvəzedicilər Liqası
10-cu tur
27 noyabr
“Araz-Naxçıvan-2” – “Zirə-2”
Binə qəsəbə stadionu, 14:00.
28 noyabr
“Sumqayıt-2” – “Şəfa-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.
“Qəbələ-2” – “Qarabağ-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.
“Şamaxı-2” – “Neftçi-2”
Şamaxı şəhər stadionu, 14:30.
30 noyabr
“Turan Tovuz-2” – “Sabah-2”
Tovuz şəhər stadionu, 14:00.
“Kəpəz-2” – “İmişli-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.


