Kristensen zədələndi – Bakıda oynaması sual altındadır

Futbol üzrə İspaniya çempionu “Barselona”nın Danimarkadan olan mərkəz müdafiəçisi Andreas Kristensen yenidən əzələ zədəsi ilə üzləşib.

Arena.az xəbər verir ki, Kataloniya klubu 30 yaşlı futbolçunun sol baldır nahiyəsində yüngül narahatlıq hiss etdiyini açıqlayıb.

Kristensenin növbəti matçda iştirakı sual altındadır. Onun bərpa müddəti zədənin dinamikasından asılı olacaq.

Bu, müdafiəçinin cari mövsümdə yaşadığı ilk zədə deyil. Kristensen sentyabr ayında budun dördbaşlı əzələsindəki zədə səbəbindən bir müddət komandasına kömək edə bilməmişdi.

“Barselona”nın müdafiə xəttində bu mövsüm zədə problemləri davam edir. Daha əvvəl Jül Kunde topuq bağlarının dartılması, Xavi Espart isə topuq zədəsi səbəbindən sıradan çıxmışdı.

Kataloniya klubunu qarşıda vacib oyunlar gözləyir. “Barselona” La Liqanın 13-cü turunda noyabrın 22-də səfərdə “Vilyarreal”la qarşılaşacaq. Ardınca isə komanda UEFA Çempionlar Liqasında Azərbaycan təmsilçisi “Sabah”la üz-üzə gələcək. İspaniya nəhəngi noyabrın 25-də ÇL-in Liqa mərhələsinin 5-ci turunda Bakıda “Sabah”ın qonağı olacaq. Oyuna Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: