Bu gün keçirilmiş oyunlarla futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2026/2027-ci illər mövsümünə start verilib.
Arena.az xəbər verir ki, yeni mövsümün ilk turunun bütün oyunları eyni günə təsadüf edib.
Mövsümün ilk qələbəsini “Şuşa” komandası aktivinə yazdırıb. İlk qolun müəllifi “Şuşa”nın üzvü Vladislav Vorobyov olub, ilk sarı vərəqə isə onun komanda yoldaşı Bəxtiyar Soltanova göstərilib.
Turun ən böyükhesablı qələbəsini “Neftçi” İK aktivinə yazdırıb. Ümumiyyətlə, mövsümün açılış turunda 2 böyükhesablı nəticə qeydə alınıb. Digərində isə debütant “Xankəndi” sevinib. Nominal meydan sahiblərindən yalnız “Baku Fire” 3 xala sevinib. Digər 4 görüşdə isə ikinci komanda qələbə qazanıb.
Yüksək Liqa
1-ci tur
1 noyabr
“Marafon” – “Şuşa” 2:5
“İmişli” – “Xankəndi” 3:11
“Baku Fire” – “AtiDel Ordubad” 7:3
“Yasamal Bakı” – “Araz-Naxçıvan” 1:4
“Rəvan” – “Neftçi” İK 1:12


