Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
Mönhenqladbax və Dortmund “Borussiya”larının duelində qonaqlar tək qolla qalib gəliblər. “Elversberq” də evdə “Frayburq”a, “Union Berlin” isə “Leypsiq”ə məğlub olub. “Bayer” “Paderborn”u 4 cavabsız qolla üstələyibsə, “Ayntraxt” “Hoffenhaym”ı tək qolla yenib. “Şalke” – “Ştutqart” görüşü isə qolsuz yekunlaşıb.
Qeyd edək ki, 10-cu turun qalan görüşləri noyabrın 22-də keçiriləcək.
Almaniya, Bundesliqa
10-cu tur
20 noyabr
Bayern – Köln 1:1
21 noyabr
Borussiya (Mönhenqladbax) – Borussiya (Dortmund) 0:1
Bayer – Paderborn 4:0
Ayntraxt – Hoffenhaym 1:0
Elversberq – Frayburq 0:1
Union Berlin – Leypsiq 1:5
Şalke – Ştutqart 0:0
22 noyabr
18:30. Auqsburq – Maynts
20:30. Verder – Hamburq


