Anatoli Nuriyev “Uypeşt”lə matçda da şans qazanmadı

Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyev Macarıstanın “Kişvarda” komandasının “Uypeşt”lə matçını buraxıb.

Arena.az xəbər verir ki, “Kişvarda” 2026/2027-ci illər mövsümünün 14-cü turu çərçivəsində bu gün “Uypeşt”lə qarşılaşıb.

Futbolçumuzun komandası bu rəqibi ilə səfərdə üz-üzə gəlib və qolsuz heç-heçəyə razılaşıb – 0:0. Nuriyev bu maçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Bu nəticədən sonra “Kişvarda” 13 xalla 12 iştirakçı arasında 11-cu pillədə qərarlaşıb. Futbolçumuzun komandası 14 oyunda 2 qələbə qazanıb, 7 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Anatoli Nuriyev “Kişvarda”ya bu ilin yayında “Zirə”dən azad agent kimi ayrılaraq keçib. O, indiyə qədər bu komandanın heyətində 5 oyuna çıxıb, 1 qola imza atıb.

Nuriyev daha öncə “Sabah”, “Sumqayıt”, “Kolos”, “Minay”, “Stal”, “Serednye” kimi klubların da formasını geyinib.

2021-ci ildə Azərbaycan yığmasında debüt etmiş Anatoli millinin heyətində 19 oyuna çıxıb, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: