Azərbaycan Premyer Liqasında 2026/27 mövsümünün 12-ci turunun “Qarabağ”la oyunu “Kəpəz”in futbolçusu Əli Səmədov üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, mərkəz yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib.
Onun yubileyi Azərbaycan Premyer Liqasının 12-ci turunun “Qarabağ”la ev matçına (0:0) təsadüf edib.
29 yaşlı futbolçu Premyer Liqada keçirdiyi 100 oyunda 1 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.
Debütü 2015/2016-cı illər mövsümünə təsadüf edən Səmədov indiyə qədər iki klubda çıxış edib. Gəncə klubunda 86 oyunda 1 qola sevinmiş müdafiəçi “Şamaxı”da 14 dəfə meydana çıxıb.
Qeyd edək ki, Əli Səmədov turnirin tarixində 100 və daha çox oyun keçirən 461-ci futbolçudur. Yarımmüdafiəçi vaxtilə Azərbaycanın U-19 yığmasında da çıxış edib.


