UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin 5-ci turunda keçiriləcək “Sabah” – “Barselona” qarşılaşmasının hakimləri açıqlanıb.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Nikolas Uolş olacaq. Ona həmyerliləri Frensis Konor və Deniel Makfarleyn kömək edəcəklər. Donald Robertson dördüncü hakim funksiyasını yerinə yetirəcək.
VAR hakimi Endryu Dallas, AVAR hakimi isə Stiven Maklin təyin olunub.
Qeyd edək ki, “Sabah” – “Barselona” oyununa saat 21:45-də start veriləcək. İspaniya çempionu ÇL-in əsas mərhələsinin geridə qalmış 4 turunda topladığı 9 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Azərbaycan çempionu isə ilk dəfə qatıldığı qitənin ən nüfuzlu klub yarışında hazırda 3 xalla 31-ci sıradadır.


