Futbol üzrə UEFA Gənclər Liqasının əsas mərhələsinin 5-ci turunda keçiriləcək “Sabah” – “Barselona” matçının hakimləri müəyyənləşib.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Oyunu Finlandiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Peyman Simani olacaq. Ona Kristian De Kaseres və Samu Koskinen kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.
“Sabah” – “Barselona” matçı noyabrın 25-də Masazırdakı “Əlincə Arena”da keçiriləcək. Qarşılaşmaya saat 15:00-da start veriləcək.
Azərbaycan təmsilçisi geridə qalmış 4 turda bütün oyunlarını uduzduğu üçün xalsızdır və sonuncu – 36-cı pillədə qərarlaşıb. “Barsa”nın gəncləri isə 5 xalla 18-cidir.
Qeyd edək ki, həmin gün “Sabah”ın əsas komandası da UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda “Barselona” ilə qarşılaşacaq. Bu oyun Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.


