Kamal Umudlu “Dinamo” – “Benfika” matçına təyinat aldı

Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının 2026/2027 mövsümünün 3-cü mərhələsində keçiriləcək oyuna təyinat alıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Kamal Umudlu Xorvatiyada “Dinamo” (Zaqreb) və “Benfika”nın (Portuqaliya) gənclər komandaları arasında keçiriləcək qarşılaşmanı idarə edəcək.

Azərbaycanlı FİFA referisinə həmyerliləri Namik Hüseynov və Rəhman İmamı yan xətdə kömək edəcəklər. Xorvatiyadan Filip Draqaşeviç isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Noyabrın 25-də Zapreşiç şəhərindəki “İvan Laljak-İviç” stadionunda baş tutacaq görüşə saat 16:00-da start veriləcək.

Qeyd edək ki, “Dinamo” – “Benfika” qarşılaşması UEFA Gənclər Liqasının çempionlar yolu üzrə 3-cü mərhələsinin ilk matçıdır. Bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Portuqaliyada təşkil ediləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: