Formula 1: Avstriya qran-prisinin qalibi bilindi

Formula 1 üzrə 2021 mövsümünün Avstriya qran-prisi keçirilib. Arena.az xəbər verir ki, çempionatın 8-ci mərhələsi də “Red Bull”un Niderlanddan olan pilotu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Birinci olan Maks, liderliyini daha da möhkəmləndirib.

Ferstappenin əsas izləyicisi, “Mersedes”in pilotu Luis Hamilton bu dəfə də ikinci yeri tutub. Onun komanda yoldaşı Valtteri Bottas isə üçüncü olub.

Mövsümün geridə qalan 8 qran-prisinin yekununa əsasən, Ferstappen 156 xalla birinci, Hamilton isə 138 xalla ikinci pillədəki mövqeyini qoruyub. Serxio Peres isə 96 xalla üçüncüdür.

Konstruktorların mübarizəsində də “Red Bull” öndədir. Hazırda bu komandanın hesabında 252 xal var. İkinci pillədəki “Mercedes”in isə 212 xalı var. 120 xalı olan “Maklaren Mersedes” ilk üçlüyü qapayır.

Formula 1 üzrə mövsümün növbəti – sayca 9-cu qran-prisi də Avstriyada baş tutacaq. 9-cu qran-pri isə iyulun 4-də keçiriləcək.

Pilotların yarışında ilk 10-luq:

  1. Maks Ferstappen (Red Bull) – 156
  2. Luis Hamilton (Mersedes) – 138
  3. Serxio Peres (Red Bull) – 96
  4. Lando Norris (Maklaren) – 86
  5. Valtteri Bottas (Mersedes) – 74
  6. Şarl Lekler (Ferrari) – 58
  7. Karlos Sayns (Ferrari) – 50
  8. Pyer Qasli (Alfa Tauri) – 37
  9. Daniel Rikkardo (Maklaren) – 34
  10. Sebastyan Fettel (Aston Martin-Mersedes) – 30

Konstruktorların xal sıralaması:

  1. Red Bull Rasinq-Honda – 252
  2. Mersedes – 212
  3. Maklaren-Mersedes – 120
  4. Ferrari – 108
  5. Alfa Tauri-Honda – 46
  6. Aston Martin-Mersedes – 44
  7. Alpine-Reno – 31
  8. Alfa Romeo-Ferrari – 2
  9. Uilyams-Mersedes – 0
  10. Haas-Ferrari – 0
Xəbəri sosial şəbəkələrdə paylaş: