İtaliyanın “İnter” klubu iki futbolçusu – Andrea Ranokkiya və Danilo D’Ambrozio ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Hər iki futbolçu ilə yeni sözləşmənin müddəti 2022-ci ilin yayına qədər nəzərdə tutulub. Onların əvvəlki müqaviləsinin müddəti bu ayın sonuna kimi idi.
Qeyd edək ki, Ranokkiya ötən mövsüm A Seriyasında 8, Danilo isə 19 oyuna çıxıb.
Andrea 2010-cu ildən Milan klubunun uğurları üçün çalışır. O, bu müddətdə “Cenoa”, “Sampdoriya” və “Hall Siti”də də icarədə oynayıb. 33 yaşlı müdafiəçi “İnter”də meydana çıxdığı 216 oyunda 13 qol da vurub.
Danilo isə 2014-cü ildən “İnter”in formasını geyinir. 32 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində meydana çıxdığı 233 oyunda 20 qola imza atıb.


