Roberto Soldado La Liqada klubunu dəyişdi

Futbol üzrə İspaniya millisinin sabiq hücumçusu Roberto Soldado La Liqada klubunu dəyişib. Arena.az xəbər verir ki, 36 yaşlı futbolçu bundan sonra “Levante”nin uğurları üçün çalışacaq.

Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Soldado ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb. Soldado “Levante”yə azad agent kimi keçib.

İspan hücumçunun son iş yeri “Qranada” olub. “Levante” “Qranada”ya Soldadonun müqaviləsini ləğv etdiyi üçün bir milyon avro ödəyəcək.

Qeyd edək ki, Roberto Soldado Madrid “Real”ının yetirməsidir. O, “Osasuna”, “Xetafe”, “Valensiya”, “Tottenhem”, “Vilyarreal” və “Fənərbaxça”da da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: