“Lester Siti” yeni hücumçu transfer etdi

İngiltərənin “Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Avstriyanın “Zalsburq” klubundan Patson Dakanı transfer edib.

Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. “Lester Siti” 22 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayıb.

Daka ötən mövsüm “Zalsburq”un heyətində meydana çıxdığı 42 oyunda 34 qola imza atıb. O, 2017-ci ildən Avstriya təmsilçisinin uğurları üçün çalışırdı. “Kafue Seltik” klubunun yetirməsi olan Daka, “Zalsburq”dan əvvəl “Pover Dinamos” və “Liferinq” komandalarında icarədə də oynayıb. Gənc hücumçu 2015-ci ildən dəvət aldığı Zambiya millisində 25 oyun keçirib, 7 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: