Formula 1: Maks Ferstappen liderliyini möhkəmləndirdi

Formula 1 üzrə 2021 mövsümünün ikinci Avstriya qran-prisi keçirilib. Arena.az xəbər verir ki, çempionatın 9-cu mərhələsi də “Red Bull”un Niderlanddan olan pilotu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Birinci olan Maks, liderliyini daha da möhkəmləndirib.

“Mersedes”in pilotu Valtteri Bottas ikinci olub. İlk üçlüyü “Maklaren”dən Lando Norris tutub. Liderin əsas izləyicisi – “Mersedes”in digər pilotu Luis Hamilton isə bu dəfə dördüncü yerlə kifayətlənib.

Mövsümün geridə qalan 9 qran-prisinin yekununa əsasən, Ferstappen 182 xalla birinci, Hamilton isə 150 xalla ikinci pillədəki mövqeyini qoruyub. Serxio Peres isə 104 xalla üçüncüdür.

Konstruktorların mübarizəsində də “Red Bull” öndədir. Hazırda bu komandanın hesabında 286 xal var. İkinci pillədəki “Mercedes”in isə 242 xalı var. 141 xalı olan “Maklaren Mersedes” ilk üçlüyü qapayır.

Formula 1 üzrə mövsümün növbəti – sayca 10-cu qran-prisi Britaniyada baş tutacaq. Sözügedən qran-pri iyulun 18-də keçiriləcək.

Pilotların yarışında ilk 10-luq:

  1. Maks Ferstappen (Red Bull) – 182
  2. Luis Hamilton (Mersedes) – 150
  3. Serxio Peres (Red Bull) – 104
  4. Lando Norris (Maklaren) – 101
  5. Valtteri Bottas (Mersedes) – 92
  6. Şarl Lekler (Ferrari) – 62
  7. Karlos Sayns (Ferrari) – 60
  8. Daniel Rikkardo (Maklaren) – 40
  9. Pyer Qasli (Alfa Tauri) – 39
  10. Sebastyan Fettel (Aston Martin-Mersedes) – 30

Konstruktorların xal sıralaması:

  1. Red Bull Rasinq-Honda – 286
  2. Mersedes – 242
  3. Maklaren-Mersedes – 141
  4. Ferrari – 122
  5. Alfa Tauri-Honda – 48
  6. Aston Martin-Mersedes – 44
  7. Alpine-Reno – 32
  8. Alfa Romeo-Ferrari – 2
  9. Uilyams-Mersedes – 0
  10. Haas-Ferrari – 0
Xəbəri sosial şəbəkələrdə paylaş: