“Atletiko” Markos Paulo ilə gücləndi

İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, La Liqa çempionu Braziliyanın “Fluminense” klubunun hücumçusu Markos Paulonu heyətinə qatıb.

Bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Braziliyalı oyunçu “Atletiko” klubuna azad agent statusu ilə keçib.

Qeyd edək ki, “Fluminense”nin öz yetirməsi olan Markos Paulo 2018-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. O, ötən mövsüm Braziliya A Seriyasında 24 oyuna 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: