Aleksandr Kolarov daha bir il “İnter”də!

İtaliyanın “İnter” klubu serbiyalı müdafiəçisi Aleksandr Kolarov ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

35 yaşlı futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb. Əvvəlki sözləşmənin müddəti bu yaya qədər idi.

Qeyd edək ki, Aleksandr Kolarov ötən mövsümün əvvəlində 1.5 milyon avroya “Roma”dan “İnter”ə transfer olunmuşdu. O, Milan təmsilçisinin çempion kimi bitirdiyi 2020/21 mövsümündə cəmi 11 qarşılaşmada forma geyinib, 1 qola imza atıb.

Serbiya yığmasının sabiq üzvü karyerası ərzində “Roma”, “Mançester Siti”, “Latsio”, “OFK Belqrad” və “Çukariçki”nin də formalarını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: