Naço Fernandes daha iki il “Real”da!

İspaniyanın “Real” klubu müdafiəçisi Naço Fernandes ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçu ilə müddəti 2023-cü ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.

Naço Fernandes “Real”ın öz yetirməsidir. Onun peşəkar karyerası da məhz Madrid klubundan ibarətdir. İspaniya yığmasında da oynamış futbolçu indiyə qədər “Real”ın əsas komandasında 233 oyuna çıxıb, 12 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: