Türkiyənin “Fənərbaxça” klubu müdafiəçisi Gökhan Gönül ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
36 yaşlı futbolçu ilə müddəti bitmiş müqavilənin yenilənməsinə ehtiyac duyulmayıb. Təcrübəli oyunçuya təşəkkür edən İstanbul təmsilçisi ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Gökhan Gönül ötən mövsümün əvvəlində “Beşiktaş”dan “Fənərbaxça”ya transfer edilmişdi. O, daha əvvəl 2007-2016-cı illər aralığında da bu komandanın formasını geyinmişdi. Geridə qalan mövsümdə 22 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan futbolçu, bu komandanın heyətində bütövlükdə 360-dan çox matça çıxıb.
Qeyd edək ki, Gönül, peşəkar karyerasına 2003-cü ildə “Hacettepe” klubunda başlayıb. 2016-2020-ci illər aralığında “Beşiktaş”da çıxış edən futbolçu, Türkiyə millisində də 66 oyun keçirib, 1 qol vurub.


