Felipe Anderson yenidən “Latsio”da

Futbol üzrə Braziliya millisinin sabiq hücumçusu Felipe Anderson İngiltərənin “Vest Hem” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

28 yaşlı futbolçu 2018-ci ildən “Aston Villa”da çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 73 oyunda 12 qolla yadda qalıb. Geridə qalan mövsümdə isə braziliyalı oyunçu icarə əsasında “Portu”da forma geyinib.

Felipe Anderson bundan sonra karyerasını sabiq klubu “Latsio”da davam etdirəcək. O, köhnə-yeni klubu ilə 4 illik müqavilə bağlayıb.

Braziliyalı oyunçu 2013-2018-ci illərdə məhz İtaliya təmsilçisində forma geyinib. “Aston Villa”ya da məhz Roma klubundan transfer olunan Anderson, “Latsio”da keçirdiyi 177 matçda 34 qolla yadda qalıb. “Santos”un yetirməsi olan, peşəkar karyerasına da bu komandada başlamış hücumçu, Braziliya yığmasında 2 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: