“Çelsi”dən Armando Broxa ilə yeni müqavilə

İngiltərənin “Çelsi” klubu hücumçusu Armando Broxa ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Albaniyalı futbolçu ilə 5 illik yeni müqavilə imzalanıb. Yeni müqaviləyə əsasən, 19 yaşlı forvard 2026-cı ilin yayına kimi “zadəganlar”ın uğurları üçün çalışacaq.

Armando Broxa 2009-cu ildən “Çelsi”dədir. O, 2020-ci ildən əsas komandaya da cəlb olunur. İngiltərədə dünyaya göz açan futbolçu artıq Albaniya yığmasına da dəvət alır. O, bu ölkənin əsas millisində 6 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: