Tokio-2020: Badmintonçumuz qələbə ilə başladı

Tokio-2020 Yay Olimpiya Oyunlarında badminton yarışlarına start verilib. Arena.az xəbər verir ki, bu gün Azərbaycanı Olimpiadada təmsil edən İndoneziya əsilli Edi Reski Dviçayo mübarizəyə başlayıb.

L qrupunda yer alan 23 yaşlı idmançı əvvəlcə vyetnamlı Tyen Min Nquenlə qarşılaşıb. O, bu görüşdə 2:0 hesablı qələbə qazanıb. İlk hissədə 21:14 hesabı ilə qalib gələn Dviçayo ikinci hissədə də rəqibinə şans verməyib – 21:18.

Qeyd edək ki, Edi Reski Dviçayo qrupdakı sonuncu görüşünü sabah danimarkalı Anders Antonsenə qarşı keçirəcək. Qrupu lider kimi tamamlayan badmintonçu növbəti mərhələyə adlayacaq.

Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: