“Sabah”dan ayrılan Bəhlul Mustafazadə karyerasını “Qarabağ”da davam etdirəcək. Arena.az xəbər veri ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan milli komandasının da üzvü olan 24 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Bəhlul “Qarabağ”da 13 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Bəhlul Mustafazadə “Qəbələ”nin yetirməsidir. O, hələ bu klubda olarkən 2017/18 mövsümünü “Sumqayıt”da icarədə keçirib. 2019-cu ildən isə müdafiəçi “Sabah”ın uğurları üçün çalışırdı. Futbolçu bu ayın əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubuna keçmək üçün “Sabah”dan ayrılmışdı. Lakin sözügedən klub son anda millimizin üzvünü transfer etməkdən boyun qaçırdığı üçün futbolçu özünə yeni klub axtarmaq məcburiyyətində qalmışdı.


